ABŞ-nin "İnter Mayami" komandasının argentinalı ulduzu Lionel Messi oynamaq istədiyi klubun adını açıqlayıb.

Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, 36 yaşlı hücumçu vətənində - "Nyuells Old Boyz" klubunda oynamaq arzusu olduğunu deyib.

Qeyd edək ki, Messinin "İnter Mayami" ilə 2025-ci ilədək müqaviləsi var.