Polşa yığma komandasının yeni baş məşqçisi məlum olub.

Offsideplus.az xəbər verir ki, komanda Mixal Probejə tapşırılıb. 50 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Mixal bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Fernandu Santuşu əvəzləyib. O, buna qədər Polşanın U-21 millisini çalışdırırdı.