Madrid "Real"ının ulduz futbolçusu Luka Modriç Xorvatiyanın "Dinamo Zaqreb" klubuna qayıda bilər.

Offsideplus.az xəbər verir ki, bununla bağlı klubun rəsmisi Vlatko Peras danışıb. O bildirib ki, bunun gerçəkləşməsi üçün əllərindən gələni edəcəklər.

Qeyd edək ki, Zaqreb təmsilçisinin yetirməsi olan Luka Modriç 2003-2008-ci illərdə əsas komandanın formasını geyinib.

Əlavə edək ki, Azərbaycan millisinin üzvü Mahir Emreli də "Dinamo"nun uğurları üçün çalışır.