Azərbaycan yığmasının futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında 3-c tur oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, Zareb təmsilçisi doğma meydanda "Qoritsa" ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, "Dinamo" hazırda 3 xalla 5-ci, "Qoritsa" 4 xalla 3-cü pillədə qərarlaşıb.