Futbol üzrə Latviya çempionatında 24-cü turun oyunları keçirilib.

Offsdeplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Riqa” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib - 0:3.

Ramin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Futbolçumzun komandası hazırda 25 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.