Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün sonuncu yoxlama matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi Türkiyənin "Kocaelispor" klubu ilə qarşılaşıb. 1-ci liqa təmsilçisi ilə görüş 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, “Zirə” daha əvvəl Türkiyə “Fatih Karagümrük”ü ilə qolsuz, Tanzaniyanın “Simba” klubu ilə 1:1 hesablı heç-heçə .edib.