Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayev Tailandın "Buriram Yunayted" klubunda debüt edib.

Offsideplus.az xəbər verir ki, o, “Utai Tani”ə qarşı yoxlama matçında start heyətdə yer alıb. Görüş "Buriram Yunayted"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını Sasalak və Doumbouya vurub.

Xatırladaq ki, bu yay "Qarabağ"dan ayrılan Ramil Şeydayev "Buriram Yunayted"lə 2 illik müqavilə bağlayıb.