Argentina yığmasının futbolçusu Lionel Messi "İnter Mayami"nin kapitanı olacaq.

Offsideplus.az xəbər verir ki, komanda ilə dünənki ilk məşqindən sonra Messi və Serxio Buskets klubun gənc futbolçuları ilə işləmək və onlara məsləhətlər vermək üçün meydanda qalıblar.

Messinin "İnter Mayami" ilə hazırkı müqaviləsi 2025-ci ilin sonuna qədərdir.