"Yuventus" klubunun futbolçusu Pol Poqba karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, fransalı yarımmüdafiəçi "Əl-İttihad"la danışıq aparmaq üçün ötən həftənin sonunda Səudiyyə Ərəbistanına gedib.

Qeyd edək ki, Poqbanın iki həmyerlisi, Nqolo Kante və Kərim Benzema bu yay "Əl-İttihad"a keçib.

30 yaşlı Poqbanın "Yuventus"la müqaviləsi 2026-cı ilin iyununa qədərdir. Ötən mövsüm zədə səbəbindən yarımmüdafiəçi bütün yarışlarda cəmi 10 oyun keçirib.