Cənubi Azərbaycan təmsilçisi "Traktor Sazi"inin yeni baş məşqçisi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Təbriz klubunu Ərtoğrul Sağlam çalışdıracaq. Bu barədə türk mütəxəssisin özü məlumat verib: "Traktor Sazi" ilə razılığa gəlmişəm. Bu axşam İrana gedəcəm və klub rəhbərliyi ilə son danışıqlardan sonra 11 oyunluq müqaviləyə imza atacam".
Qeyd edək ki, "Traktor Sazi" hazırda İran çempionatıın turnir cədvəlində 21 xalla 11-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Təbriz təmsilçisi bundan əvvəl Mustafa Dənizli ilə danışıqlar aparsa da, bu, müsbət yekunlaşmayıb.