Futbol üzrə Türkiyə yığması bu gün açıqlanan FİFA-nın yeni reytinqində 2 pillə irəliləyib.

Offsideplus.az xəbər verir ki, komanda 1486 xalla 41-ci pillədə qərarlaşıb. Yığma Avro-2024-ün seçmə mərhələsində bu ay keçirilən matçlarda Latviyaya 3:2, Uelsə 2:0 hesabı ilə qalib gəlib.

İlk 3-lükdə dəyişiklik olmayıb. Son dünya çempionu Argentina siyahıda 1-ci pillədə (1840 xal) qərarlaşıb. Fransa 2-ci (1838), Braziliya 3-cü (1834) pillədə qərarlaşıb.