Kristiano Ronaldo ötən gecə Portuqaliya yığmasının heyətində 197-ci matçında meydana çıxaraq yığmada ən çox oyun keçirən futbolçu olub.

Offsideplus.az xəbər verir ki, o, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin ilk turunun Lixtenşteynlə ev oyununda start heyətində yer alıb.

Forvard millinin heyətində meydana 196 dəfə daxil olan küveytli oyunçu Bader əl-Mutavanın nailiyyətini geridə qoyub.

 2003-cü ildən Küveyt millisində çıxış edən 38 yaşlı əl-Mutava hazırda ölkəsinin "Əl-Kadisiyah" klubunun şərəfini qoruyur.