Dünya ulduzu Kristiano Ronaldonu transfer edən Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu heyətinə yeni futbolçular qatmağa hazırlaşır.

 Offsideplus.az "Marca" nəşrinə istinadla xəbər verir ki, klub rəhbərliyi Luka Modriç və Serxio Ramosu da rənglərinə bağlamaq niyyətindədir.

"Əl Nəsr" rəhbərliyi artıq sözügedən oyunçular üçün hərəkətə keçib. Məlumata görə, danışıqlar prosesində Ronaldo da iştirak edəcək.

Qeyd edək ki, bugünlərdə İspaniya millisindəki karyerasını bitirən Ramosun PSJ-dən ayrılacağı gözlənilir.