Fransanın PSJ klubunun hücumçusu Neymar Braziliya millisindəki karyerasını bitirə bilər.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı “sambaçı” bunu DÇ-2022-nin 1/4 final mərhələsində Xorvatiya millisinə məğlub olduqları matçdan sonra bildirib.

O, hazırda düşünmək üçün zamana ehtiyacı olduğunu deyib.

Xatırladaq ki, Braziliya DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzaraq (penaltilər - 2:4), turnirlə vidalaşıb.