Braziliya milli komandası DÇ-2022 ərəfəsində itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Filippe Koutinyo nəhəng turnirdə iştirak edə bilməyəcək. Budundan zədə alan yarımmüdafiəçinin sağalma müddəti təxminən 6 həftə çəkəcək.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.