"Vest Hem"in sabiq üzvü Andrey Yarmolenkonun növbəti mövsüm harada çıxış edəcəyi bəlli olub.
Offsideplus.az xəbər verir ki, ukraynalı futbolçu "Əl-Əyn" ilə 1 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Ukrayna millisində çıxış edən 32 yaşlı futbolçu 2018-ci ildən London təmsilçisində oynayırdı.