Braziliyanın “Fluminense” klubunun hücumçusu Fred yayda karyerasını bitirəcəyini bildirib.

Offsideplus.az xəbər verir ki, 38 yaşlı braziliyalının gözlərində problemlər olduğuna görə karyerasını bitirmək istəyir. 

Fred Braziliya millisinin heyətində 39 oyun keçirib və 18 qola imza atıb. O, milli komanda ilə 2013-cü ildə Konfederasiyalar Kubokunu qazanıb.