"Mövsümü qələbə ilə başa vurmaq istəyirdik".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Səbail"in futbolçusu Adil Nağıyev deyib.
O, dünənki matçda "Sumqayıt"a 5:0 məğlubiyyətin gözlənilməz olduğunu bildirib:
"Çox ağır məğlubiyyət aldıq. "Sumqayıt" dişimizə görə rəqib idi, amma belə ağır məğlubiyyət gözlənilməz oldu. Bəlkə də mövsümün sonu oyunu və turnir cədvəli bizim belə böyükhesablı məğlub olmağımıza şərait yaratdı, ancaq belə olmamalı idi".
Nağıyev "Səbail"in bu mövsüm çox çətinliklər çəkdiyini deyib:
"Bunu kənardan görmək çox çətindi, amma biz futbolçular bu problemlərin şahidi olduq. Amma ruhdan düşməyib, mövsümü yaxşı başa vurmaq istəyimiz var idi. İnşallah, "Səbail" daha da yüksəklərdə olar".
26 yaşlı oyunçu komandadan yeni təklif aldığını da bildirib:
"Səbail" mənə yeni müqavilə təklif etmişdi, lakin özüm razılaşmadım. 2-3 gün ərzində yerli klublardan biri ilə anlaşacam".
Müdafiəçi ailə və mentalitet məsələlərinə görə xarici klubların təklifindən imtina etdiyini deyib:
"Xarici klublardan təkliflər var idi, amma ailə və mentalitet məsələlərinə görə imtina etdim".
Cavid Əliyev