ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Qonzalo İquain 2022-ci ilin sonunda karyerasını başa vuracaq.
Offsideplus.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçunun atası Xorxe İquain “TNT Sport”a açıqlamasında məlumat verib. O, oğlunun ilin sonunda futbolçu karyerasını başa vuracağını bildirib.
Bildirək ki, İquain karyerası ərzində “Real”, “Milan”, “Çelsi”, “Napoli”, “Yuventus” kimi məşhur klublarda oynayıb. O, 2009-2018-ci illərdə Argentina millisinin formasını geyinib. Futbolçu 2020-ci ildən “İnter Mayami”də çıxış edir.