Futbol üzrə Braziliya yığmasının baş məşqçisi Tite DÇ-2022-dən sonra vəzifəsindən ayrılacaq.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis Qətərdə keçirilən mundialdan sonra nəticədən asılı olmayaraq komandada qalmayacaq.

Qeyd edək ki, 2016-cı ildən Braziliya millisini çalışdıran təcrübəli mütəxəssis 2019-cu ildə Amerika kubokunu qazanıb.