Dünyanın ali futbol qurumu FİFA 2021-ci ilin ən yaxşı oyunçusuna verilən "The Best" mükafatı üçün ilk üç finalçının adını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, mükafat uğrunda Robert Levandovski (Polşa/"Bavariya"), Məhəmməd Salah (Misir/"Liverpul") və Lionel Messi (Argentina/"Barselona"/PSJ) mübarizə aparacaq.

Qeyd edək ki, mükafatlandırma mərasimi yanvarın 17-də keçiriləcək.