Xorvatiya yığmasının keçmiş futbolçusu Mario Mandzukiç məşqçiliyə başlayıb.

Offsideplus.az xəbər verir ki, sabiq hücumçu yığmanın baş məşqçisi Zlatko Daliçin köməkçisi olacaq. 

Qeyd edək ki, karyerası ərzində “Volfsburq”, “Bayern”, “Yuventus”, “Atletiko” kimi klublarda çıxış edən Mandzukiç bu ilin sentyabrında karyerasını bitirib.