Bir ildən artıqdır ki, futbol oynamayan Mehmet Ekici özünə yeni klub tapıb.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı futbolçu ikinci Bundesliqa təmsilçisi "Nürnberq"ə keçib.

Razılaşmaya əsasən yeni klubu ilə mövsümün sonuna kimi məşqlərə çıxacaq olan Ekici, növbəti mövsüm isə komandanın heyətində yer alacaq.

Qeyd edək ki, Mehmet Ekici 2017/2020-ci illər aralığında "Fənərbağça"da çıxış edib.