Azərbaycanlı futzal üzrə FİFA referisi Əli Cəbrayılov beynəlxalq oyuna təyinat alıb.
Offsideplus.az xəbər verir ki, o, AVRO-2026-nın əsas mərhələsinin Danimarka – Qazaxıstan matçında iştirak edəcək.
Təmsilçimiz fevralın 1-də keçiriləcək matçın 3-cü hakim funksiyasını yerinə yetirəcək. Birinci və ikinci referilər müvafiq olaraq, slovakiyalılar Rastislav Behancin və Martin Matula olacaq.
Qeyd edək ki, görüşün hakim-inspektoru İqor Baboviç (İsveç), UEFA nümayəndəsi Jirki Filppu (Finlandiya) olacaq.