İspaniyada gənc ulduz polis tərəfindən saxlanılıb.
Offsideplus.az xəbər verir ki, "Sevilya"nın oyunçusu Enrike Jesus Salas mərc oyunlarında saxtakarlıq etməkdə şübhəli bilinir.
İspaniya mediasında yayılan xəbərlərə görə, 22 yaşlı müdafiəçi iki dostu ilə razılığa gələrək ötən mövsüm bəzi oyunlarda bilərək sarı vərəqə almaqla saxta qazanc əldə edib.
Futbolçu polis tərəfindən saxlanılıb və izahat alındıqdan sonra sərbəst buraxılıb.
Məsələ ilə bağlı hələki klub və Salas heç bir açıqlama verməyib.