Portuqaliya milli komandasının baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla görüşdən (3:0) sonra mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, 66 yaşlı mütəxəssis qarşılaşma haqqında bunları deyib:
"Komandalar oyunun müxtəlif anlarında çətinlik çəkdilər. İrlandiya ilə oyunda taktiki sxemlərini analiz etmişdik. Həqiqət budur ki, oyuna nəzarət edə bildik. Bilirdik ki, rəqib ikinci qoldan 4-3-3 taktiki düzülüşünə keçəcək və boşluqlar verəcək. Narazı qaldığım məqam cəmi 3 qol vurmağımızdıq. Azərbaycan yığmasının qapısından 4-5 top keçirə bilərdik. Qollardan əlavə, daha 9-10 epizod yaratdıq. Bəzi anlarda son toxunuş çatışmırdı, amma futbolçularım əllərindən gələni etdilər. Oyunçulardan 4-cü qolu vurmaqlarını istədim, son dəqiqələrdə etdiyim dəyişikliklər də bununla bağlı idi. Lakin hücuma atıldıqdan sonra bir neçə dəfə əks-hücumda yaxalandıq.
Güclü komanda olaraq, qol buraxmaqdan qorxmamalıyıq. Oyunun məntiqli nəticəsi 4:0 və ya 5:0 idi, lakin bu gün normal futbol oynadıq və futbolçularıma təşəkkür edirəm”.