Xorvatiya yığmasının kapitanı Luka Modriç daha bir görüşü buraxacaq.
Offsideplus.az xəbər verir ki, zədəsi tam sağalmayan 35 yaşlı yarımmüdafiəçi sentyabrın 7-də Sloveniya ilə keçiriləcək matçda da iştirak edə bilməyəcək.
Qeyd edək ki, Modriç sentyabrın 1-i Rusiya, 4-ü isə Slovakiya ilə qarşılaşmada da komandasına kömək edə bilməyib.