Ukraynanın “Minay” klubunun azərbaycanlı forvardı Rüstəm Əhmədzadə Premyer Liqa çərçivəsində “Şaxtyor”la (1:1) keçirilən qarşılaşmadan sonra fikirlərini bölüşüb.

Offsideplus.az meta-ratings.com.ua saytına istinadən xəbər verir ki, “Minay”ın yeganə qolunun müəllifi onu anasına həsr edib:

“Baş məşqçimiz sona qədər oynamağımızı tapşırdı, rəqibə müdafiəni yarmağa imkan verməmək üçün əlimizdən gələni etdik. Düşünürəm ki, belə güclü rəqiblə heç-heçə ədalətli nəticə sayılmalıdır.

Çox şadam ki, Ukrayna Premyer Liqasında bu mövsüm ilk qolumu vurdum. Bu qolu anama həsr edirəm, ikincini isə atama həsr edəcəm.

İstərdim ki, ikinci qolu artıq sentyabrın 1-də Azərbaycan millisinin heyətində Lüksemburqla oyunda vurum”.