Futbol üzrə Ukrayna Premyer Liqasında 6-cı turun görüşləri keçirilir.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin şərəfini qoruduğu "Minay" öz meydanında Donetsk "Şaxtyor"unu qəbul edib. Görüş 1-1 hesabı ilə başa çatıb.
Meydan sahiblərinin yeganə qolunu Azərbaycan millisinin üzvü Rüstəm Əhmədzadə vurub. 20 yaşlı mərkəz hücumçusu matçın 76-cı dəqiqəsində rəqib qapısına yol tapıb.
Qeyd edək ki, “Minay” hazrda turnir cədvəlində 16 kollektiv arasında 11-cidir.