Cüdo üzrə Azərbaycan millisinin üzvü Murad Fətiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Offsideplus.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən təmsilçimizin 1/16 finaldakı rəqibi Frederik Harris (Sierra Leone) olub. Lakin rəqibi qarşılaşmaya çıxmadığı üçün Fətiyevə texniki qələbə verilib. O, 1/8 finalda Monqolustan təmsilçisi Səid Mollayi ilə görüşəcək.