Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan taekvandoçuları mübarizəyə başlayıb.
Offsideplus.az xəbər verir ki, turnirdəki hər iki taekvandoçumuz bu gün qüvvəsini sınayıb. Mübarizəyə ilk Fəridə Əzizova qoşulub. Millinin yarışdakı bayraqdarlarından biri olan Fəridə Əzizova elə ilk qarşılaşmada uğursuzluqla üzləşib. 1/8 final mərhələsində mübarizəyə başlayan Fəridə ABŞ təmsilçisi Peyc Makfersonla görüşüb və 5:8 hesabı ilə uduzaraq, Olimpiada ilə vidalaşıb.
Digər taekvandoçumuz Milad Beigi Hərçəqani isə ilk döyüşündə Çin Taypeyindən olan Vey-Tinq Liu ilə qarşılaşıb. 15:11 hesabı ilə qalib gələn taekvondoçumuz 1/8 final mərhələsinə vəsiqə qazanıb. 1/4 finalda özbəkistanlı Nikita Rafaloviçlə üz-üzə gələn təmsilçimiz məğlub olub. Harçeqani üçüncü dəfə qarşılaşdığı Rafaeloviçə ikinci dəfə uduzub. Rəqib 12:1 hesabı ilə qalib gəlib.