Davam edən Tokio-2020 Yay olimpiya Oyunlarında yaponiyalı skeytbordçu Momidzi Nisiya qızıl medal qazanıb.

Offsideplus.az xəbər verir ki, skeytbordun strit növündə fərqlənən idmançı bu uğura 13 yaş 330 günlüyündə nail olub. Bununla da o, Yay Olimpiya Oyunlarının tarixinə düşüb. Nisaya  Yay Olimpiya Oyunları tarixində ikinci ən gənc çempiondur. O, yalnız ABŞ idmançısı Marcori Qestrinqdən geri qalır.  Amerikalı 1936-cı ildə suyatullanmada 13 yaş 268 günlüyündə qızıl medala yiyələnib.