Almaniya yığmasının qapıçısı Manuel Noyer millinin tarixinə düşüb.

Offsideplus.az xəbər verir ki, dünən Latviya ilə keçirilən yoxlama matçı (7:1) təcrübəli qolkiperin Bundestimdəki 100-cü oyunu olub. 35 yaşlı futbolçu Almaniya yığmasında 100 oyun həddinə çatan ilk qapıçı olub.

Noyer Almaniya yığmasında 2009-cu ildə debüt edib.