Millimizin sabiq futbolçusu Rüfət Dadaşovun komandası Almaniya Şimal Şərq Regional Liqasında növbəti matçını keçirib.

Offsideplus.az xəbər verir ki, hücumçunun şərəfini qoruduğu “Dinamo” “Moyzelvits”in qonağı olub.

Drezden təmsilçisi görüşdən məğlub ayrılıb – 1:2. Start heyətində meydana çıxan Dadaşov komandasının yeganə qoluna imza atıb. 39-cu dəqiqədə fərqlənən hücumçunu fasilədən sonra Vinsent Rabieqa əvəzləyib. Bombardirlər yarışına başçılıq edən Dadaşovun aktivində bu mövsüm 22 qol var.