“Flamenqo” klubu baş məşqçisi Jorje Jezusla müqaviləsinin müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, 65 yaşlı portuqaliyalı mütəxəssislə anlaşmanın müddəti daha 1 il artırılıb. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonuna qədər idi.

Qeyd edək ki, Jezus Braziliya klubunu 2019-cu ilin iyun ayından etibarən çalışdırır.