Bu gün Belarusda ölkə kubokunun final matçı baş tutub.

Offsideplus.az xəbər verir ki, həlledici qarşılaşmada BATE ilə “Dinamo” Brest üz-üzə gəlib. 

Görüşün əsas vaxtı qolsuz başa çatdığından əlavə vaxt oynanılıb. Əlavə vaxta artırlmış son saniyələrdə - 120+1-ci dəqiqədə Zaxar Volkov BATE-yə kuboku qazandıran qolu vurub.