Azərbaycan Milli Paralimpiya Komitəsində (MPK) yeni təyinat gərçəkləşib.

Offsideplus.az xəbər verir ki, komitənin idman şöbəsinin aparıcı mütəxəssisi Azər Tapdıqov mətbuat katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Tapdıqov 2015-ci ildən komitədə İctimaiyyətlə əlaqələr və marketinq, Beynəlxalq əlaqələr və idman şöbələrində aparıcı mütəxəssis vəzifəsində çalışıb.