Məlum olduğu kimi “Qarabağ” klubundan ayrılaraq Birləşmiş Ərəb Əmirlliklərinin “Baniyas” klubuna keçən Riçard Almeyda yeni komandasında ilk oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi 13-cü turda bu gün “Əl Nəsr”lə keçirilən görüşdə debüt edib. Start heyətdə meydana çıxan braziliyalı futbolçu 79-cu dəqiqədə əvəzlənib. Görüş “Baniyas”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Baniyas” 14 xalla 9-cu pillədə qərarlaşıb.