"Qarabağ" klubundan ayrılan Riçard Almeydanın yeni klubu bəlli olub.
Offsideplus.az xəbər verir ki, millimizin də üzvü olan futbolçu karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunda davam etdirəcək. 31 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb.