Braziliyanın “Palmeyras” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Vanderley Luşemburqo ilə 2 illik müqavilə bağlanılıb. 67 yaşlı mütəxəssis  beşinci dəfə klubu çalışdıracaq. O, bu postda Manu Menezesi əvəzləyib.

“Pofessor” ləqəbli mütəxəssisin son iş yeri “Vasko da Qama” olub.  Luşemburqo karyerası ərzində Braziliya millisini və İspaniyanın “Real Madrid” komandasını da çalışdırıb.