Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 19-cu turun oyunları keçirilib.
Offsideplus.az Sportal.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçular Rövlan Muradovla Fərid Nəbiyevin formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi səfərdə “Teplitse” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Rövlan da bu görüşün iştirakçısı olub. Yenicə Praqa klubuna transfer edilən Muradov bu matça da start heyətdə başlayıb və sonadək oynayıb. U-19 millimizin kapitanı olan Fərid isə bu qarşılaşmada iştirak etməyib.
“Slaviya”nın U-21 komandası geridə qalan turlarda 29 xal toplayıb və turnir cədvəlində 12 klub arasında 7-ci sırada qərarlaşıb.