UEFA Rumıniyanın “Universitatya Krayova” klubunu cəzalandırıb.
Buna səbəb, “Universitatya Krayova” klubunun Avropa Liqasının 2-ci təsnifat mərhələsinin Macarıstan “Honved”i ilə keçirdiyi (0:0) ev oyununda azarkeşlərinin priotexniki vasitələrdən istifadə etməsi, irqçi davranışları olub.
UEFA Rumıniya təmsilçisinə növbəti 2 ev oyununda azarkeşsiz oynama cəzası verib.
“Universitatya Krayova” klubu Avroliqanın 1-ci təsnifat mərhələsində “Səbail”i mübarizədən kənarlaşdırıb.