Fransanın “Paris Sen-Jermen” komandasından ayrılan Canluici Buffon karyerasını keçmiş klubunda başa vura bilər.

Offsideplus.az xəbər verir ki, italiyalı qolkiper İtaliya A Seriyasına qayıtmaq istəyir. Onun yenidən yetirməsi olduğu “Parma”nın formasını geyinəcəyi gözlənilir. Klub rəsmilərinin mümkün keçidlə bağlı 41 yaşlı qapıçı ilə danışıqlara başladığı iddia olunur. Tərəflərin yaxın günlərdə rəsmi müqavilə bağlayacağı bildirilir.

Geridə qalan mövsümdə “Paris Sen-Jermen”nin heyətində 25 oyun keçirən C.Buffon eyni sayda qol buraxıb. O, 1995-2001-ci illərdə “Parma”nın əsas komandasında çıxış edib.