Avropa Liqasının 1/16 final mərhələsində bu gün keçiriləcək “Srvena Zvezda” - MOİK oyunundan öncə bədbəxt hadisə baş verib.

Offsideplus.az Qol.az-a istinadən xəbər verir ki, Moskva klubunun azarkeşlərindən biri səhər saatlarında Belqradda dünyasını dəyişib.

Onun ölümünə ürəkdayanması səbəb olduğu bildirilir.

Qeyd edək ki, “Rayko Mitiç” stadionunda keçiriləcək “Srvena Zvezda” - MOİK qarşılaşması Bakı vaxtı ilə 21:00-da başlayacaq.