İtaliyanın "İnter" klubu ABŞ-da keçirilən klublararası dünya çempionatının 1/8 finalında sensasiyalı şəkildə məğlub olub.
Offsideplus.az xəbər verir ki, Milan təmsilçisi Braziliyanın "Fluminense" komandasına 0:2 hesabı ilə uduzub.
Bu, yeni baş məşqçi Kristian Kivunun ilk məğlubiyyəti olub.
Beləliklə, düz 1 ay öncə UEFA Çempionlar Liqasının finalında uduzan "İnter" yenə titulsuz qalıb.
Klublararası dünya çempionatı, 1/8 final
"İnter" - "Fluminense" 0:2
German Kano, 3; Herkules, 90+3