Futbol üzrə klublararası dünya çempionatı 2029-cu ildə Qətərdə təşkil edilə bilər.
Offsideplus.az xəbər verir ki, bununla bağlı Qətərin müvafiq qurumu FIFA-ya rəsmi müraciət ünvanlayıb.
Əgər FIFA-dan müsbət cavab alınarsa, o zaman dünya çempionatı payız-qış aylarında keçiriləcək.
Qətərdə 2022-ci ildə milli komandalar arasında dünya çempionatı məhz noyabr-dekabr aylarında baş tutmuşdu.
2029-cu ildə klublararası dünya çempionatını təşkil etmək üçün Braziliya da iddialıdır.
Qeyd edək ki, sözügedən yarış ilk dəfə 32 klubun iştirakı ilə hazırda ABŞ-da keçirilir.