ABŞ-da təşkil olunan klublararası dünya çempionatında möhtəşəm qol vurulub.
Offsideplus.az xəbər verir ki, sözügedən qol hazırda "Flamenqo" və "Bavariya" arasında davam edən 1/8 final görüşündə qeydə alınıb.
Belə ki, Cerson 33-cü dəqiqədə "Bavariya"nın qapısına "raket" göndərib və hesabı 1:2 edib.
Amma braziliyalıların sevinci uzun çəkməyib. Almaniya çempionu bir neçə dəqiqə sonra yenə fərqlənib - 3:1.