Dünyanın ən güclü futbolçularından biri Kriştiano Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqavilənin müddətini uzatdıqdan sonra ilk müsahibəsini verib.

Offsideplus.az xəbər verir ki, klubun rəsmi saytına danışan 40 yaşlı futbolçu çıxış etdiyi çempionatı ağızdolusu tərifləyib.

"Səudiyyə Ərəbistanı çempionatı hələ də inkişaf etməkdədir. Hesab edirəm ki, indi bu ölkənin liqası dünyanın 5 ən yaxşı çempionatı sırasındadır", - deyə Ronaldu vurğulayıb.

Qeyd edək ki, portuqaliyalı hücumçu "Əl-Nəsr"lə müqaviləsini 2027-ci ilədək uzadıb. Yeni razılaşmaya əsasən, Ronaldu ildə 400 milyon avro qazanacaq. Bu, orta hesabla ayda 33,34 milyon avro, həftədə 7,6 milyon avro, gündə 1,1 milyon avro, saatda 46,300 avro, dəqiqədə 772 avro, saniyədə 13 avro deməkdir.

Bundan başqa, "Əl Nəsr" futbolçunu 3 sürücü, 4 xidmətçi, 2 aşpaz, 3 bağban və 4 mühafizəçi ilə təmin edəcək.