"Əl Nəsr" və Kriştianu Ronaldu yeni sözləşmə imzalayıb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz 2027-ci ilədək Səudiyyə Ərəbistanı klubunda forma geyinəcək. Tərəflər arasında müqavilə bu gün bağlanıb, klub bu barədə məlumat yayıb.
40 yaşlı hücumçu "Əl Nəsr"in uzunmüddətli planının bir hissəsi olacaq.
Qeyd edək ki, Ronaldu 2023-cü ildən Səudiyyə Ərəbistanı klubunda çıxış edir.