Klublararası dünya çempionatının qrup mərhələsi çərçivəsində "Real" "Paçuka" ilə oyunda 3:0 hesabı ilə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, "Kral klubu" oyunun ilk dəqiqələrindən azlıqda qalsa da, 3 qol vurmağı bacarıb. Cud Bellinqem 35-ci, Arda Güler isə 43-cü dəqiqədə fərqlənib. 

Federiko Valverde isə 70-ci dəqiqədə kapitanlıq etdiyi komanda üçün xal fərqini 3:0 edib. Matçın bitməsinə 10 dəqiqə qalmış, Elias Montiel qollardan birinin əvəzini çıxıb: 3:1. 

Oyunda vurulan qolları təqdim edirik: